İdarədə yeni direktor - Təyinatları

idarede-yeni-direktor
Oxunma sayı: 2453

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində yeni təyinatlar olub.

“Qafqazinfo” xəbər verir ki, Mirzəyev Əliağa Sabir oğlu Mərdəkan Mədəniyyət Sarayının direktoru vəzifəsinə və Quliyev Hüseyn Nadirqulu oğlu isə Əmircan qəsəbə mədəniyyət evinin direktoru vəzifəsinə təyinat alıblar.

Həmçinin, Ağayev Vüqar Elşad oğlu H.Abbasov adına mədəniyyət evinin direktoru və Manafov Nizami Ramiz oğlu Nizami adına mədəniyyət mərkəzinin direktoru təyin edilib.

Təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.