İdarəetməni itirib maşını ağaca çırpdı - Foto

idareetmeni-itirib-masini-agaca-cirpdi
Oxunma sayı: 1947

Qax rayonunda sürücü idarəetməni itirərək qəza törədib.

“Qafqazinfo” xəbər verir ki, hadisə səhər saatlarında Qax-Zaqatala yolunun Güllük kənd ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə, sürücü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov