“İddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır”

iddia-edirler-ki-insanlari-gudmek-ucun-menteqeye-kamera-qurasdirilir
Oxunma sayı: 2018

“Dünən veb-kameraları izləyəndə fərqi özüm müşahidə etdim. Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək”.

“Qafqazinfo” Secki-2024.az saytına istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, səsvermə kabinasının içini çəkmək üçün ən az 10 kamera lazımdır: “Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Seçki məntəqəsinə veb-kamera qoymaq insanları güdmək demək deyil”.