İdeyaların aşıb-daşır?

ideyalarin-asib-dasir
Oxunma sayı: 650

“Qafqazinfo”nun məlumatına görə, “Kreaktiv” adlanan müsabiqənin məqsədi kreativ düşüncə tərzinə malik olan və bunu öz işlərində əks etdirə bilən gəncləri tapıb onlara öz bacarığını nümayiş etdirməyə imkan yaratmaqdır.

Müsabiqə 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə iştirakçılar 5 sahə - Bank sektoru, geyim sektoru, qida sektoru, telekommunikasiya sektoru, təhsil sektoru üzrə loqotip, sloqan, dizayn, video-çarx, animasiya və 3D qrafika işlərini göndərməlidirlər. Online səsvermə və münsiflərin səsverməsi ilə birinci mərhələdən keçən 10 kreativ iş ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq. İkinci mərhələdə iştirakçılar tərəfindən müsabiqənin sponsorları olan KSM Azərbaycan, Dəmirbank və İdeal perfumery&cosmetics üçün işlərin yaradılması nəzərdə tutulub. Bu mərhələdə Online səsvermə və münsiflərin səsverməsi ilə müsabiqənin qalibləri seçiləcək.

Müsabiqənin qaliblərinə pul mükafatı veriləcək