İdlib yenə bombalandı, 12 ölü var

idlib-yene-bombalandi-12-olu-var
Oxunma sayı: 2860

Əsəd rejimi və Rusiyanın İdlib Gərginliyi Azaltma bölgəsinə həyata keçirdiyi hücumlar nəticəsində 12 mülki şəxs həyatını itirib.

“Qafqazinfo” TRT Haber-ə istinadən xəbər verir ki, rejim və ona dəstək verən rus döyüş təyyarələrinin İdlib şəhər mərkəzi, Benniş qəsəbəsi və Səhil Ruc bölgəsinin Udvan kəndinə etdiyi hücumlarda 4-ü uşaq olmaqla 12 mülki şəxs həlak olub.

Xatırladaq ki, 17 sentyabr 2018-ci il tarixində keçirilən Soçi razılaşmasından bu günə qədər rejim və tərəfdarlarının İdlibə hücumları nəticəsində 1800-dən çox mülki şəxs ölüb.