İdlib yenə bombalandı, 3-ü uşaq olmaqla 4 nəfər öldü

idlib-yene-bombalandi-3-u-usaq-olmaqla-4-nefer-oldu
Oxunma sayı: 1226

Suriyada rejim qüvvələri İdlib şəhər mərkəzini artilleriyadan atəşə tutub.

“Qafqazinfo” xəbər verir ki, Suriyadakı sivil müdafiə mənbələrindən verilən məlumata görə, hücumlar nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib.

Qeyd edək ki, 2015-ci ildə müxaliflərin nəzarətinə keçən İdlib son günlər rejimin ən çox hədəf aldığı bölgələrdən biridir. 2018-ci ildən bugünə qədər İdlibə edilən hücumlar nəticəsində 1800-dən çox mülki əhali həlak olub.

Orxan Məmməd