İdlibdə atəşkəs başladı - Nələr olacaq?

idlibde-ateskes-basladi
Oxunma sayı: 1958

Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putin arasında Moskvada baş tutan razılaşmaya əsasən İdlib Gərginliyi Azaltma Bölgəsində atəşkəs qüvvəyə minib.

“Qafqazinfo”  TRT Haber-ə istinadən xəbər verir ki, atəşkəs 6 mart 2020-ci il, saat 00:01-dən etibarən qüvvəyə minib.

Bölgədə türk və rus əsgərlərinin birgə patruluna isə bazar günü başlanacağı gözlənilir.

Razılaşma çərçivəsində M4 magistral yolunun şimalında və cənubunda 6 km-lik təhklükəsizlik dəhlizi qurulacaq. Hər iki tərəfin əsgərləri tərəfindən Moskvada razılaşdırılmış atəşkəsin bölgədə təftişi aparılacaq. Ancaq Moskvada əldə olunan konsensus bununla məhdudlaşmır. Hər iki ölkə bölgəni bütün terrorçu qruplardan təmizləmək niyyətindədir.

Eyni zamanda humanitar yardımların ayrıseçkilik olmadan ehtiyacı olanlara çatdırılması təmin olunacaq.

Məcburi köçkün suriyalıların geri qaytarılması asanlaşdırılacaq.