İdlibə hücum barədə Kremldən açıqlama

idlibe-hucum-barede-kremlden-aciqlama
Oxunma sayı: 1654

Bu gün Rusiya ordusu Suriyanın İdlib şəhərinin müxalifət qüvvələrindən təmizlənməsi üçün Suriya ordusu ilə birlikdə yenidən əməliyyata başlayıb.

“Qafqazinfo” xəbər verir ki, əməliyyatla bağlı ABŞ prezidenti Donald Trampın açıqlamalarına Kremldən münasibət bildirilib.

Qeyd edilib ki, Trampın açıqlamaları problemin həlli istiqamətində yardımçı deyil:

“İdlibdəki son vəziyyət 7 sentyabrda Tehran Zirvəsində müzakirə ediləcək. İdlibdəki terrorçular Rusiya hərbi bazaları üçün təhlükədir. Həmçinin sülh prosesinə mənfi təsir göstərir”.

Məlumat üçün bildirək ki, Donald Tramp Suriya və Rusiyaya xəbərdarlıq edərək İdlibə edilən əməliyyatların milyonlarla insanın ölümünə səbəb ola biləcəyini söyləyib.

Qeyd edək ki, İdlib terrorçuların əlində qalan son böyük şəhərdir. Terrorçuların digər şəhərləri əldən buraxmasından sonra tərəfdarlarının çoxu İdlibə qaçıb. Hazırda burada 3 milyondan çox əhalinin olduğu bildirilir.