“İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı - Fotolar

idman-azerbaycan-dunya-cempionatina-vesiqe-qazandi
Oxunma sayı: 3237

Həvəskar futbolçuların Bakı Futbol Liqasına yekun vurulub. 10 komandanın mübarizə apardığı yarış 9 ay davam edib.

“Qafqazinfo” xəbər verir ki, 27 turun nəticəsinə əsasən Azərbaycan Televiziyasının “İdman Azərbaycan” komandası hamıdan çox xal toplayaraq çempion adına layiq görülüb. 

Qeyd edək ki, “İdman –Azərbaycan” komandası may ayının 7-dən 14-dək Moskvada keçiriləcək həvəskarlar arasında dünya çempionatına vəsiqə qazanıb. Dünya çempionatında “İdman-Azərbaycan” komandasıyla yanaşı İtaliyanın “Latsio”, İspaniyanın “Real Betis”, Almaniyanın “Verder”, Fransadan “Marsel”, Rusiyadan “Zenit” və “Spartak” kimi məşhur komandaların iştirakı gözlənilir.