İdman dərsləri və bufetlər mərhələli şəkildə açılacaq

idman-dersleri-ve-bufetler-merheleli-sekilde-acilacaq
Oxunma sayı: 1779

“Ali məktəblərdə COVID-19 pasportunun yoxlanılması üçün monitorinqlər aparılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib. 

O bildirib ki, orta və ali təhsil müəssisələrində idman dərsləri və bufetlər mərhələli şəkildə açılacaq: “Əvvəlcə bölgə məktəblərində, sonra şagird sayı az olan məktəblərdə, ardınca isə vaksinləşmə sayı yüksək olan məktəblərdə bunlara icazə veriləcək”. 

Murad Əhməd