İdman Dırmanmasının Açıq Ölkə Çempionatı başa çatıb

idman-dirmanmasinin-aciq-olke-cempionati-basa-catib
Oxunma sayı: 751


"Qafqazinfo"ya daxil olan məlumata görə, çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən Çempionatı ən yüksək sürətlə başa vuran idmançılar qalib adına layiq görülüblər.

İdman Dırmanmasının Sürət Növü üzrə Açıq Ölkə Çempionatının sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.

Çempionatın nəticələrini təqdim edirik:

Oğlanlar

I yer-Ramel Rəhimxanov

II yer-Zöhrab Şahbalayev

III yer-İlham İsrafilov


Qızlar

I yer-Reyhan Məmmədova

II yer-Sima Səfərova

III yer-Şahidə Qasımova

Çempionatda komandalar arası yarışda ümumi nəticələrə görə “Ekosport” klubu I, “FHN” klubu II, “Rock Stone” klubu isə III yerə çıxıb.