Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək görüşdə məqsəd "Bakı -2015" Avropa Oyunlarına jurnalist dəstəyi vermək, habelə, federasiya ilə KİV arasında münasibətləri daha da sıxlaşdırmaqdan ibarətdir. "Sağlam həyat tərzi" devizi altında təşkil olunacaq görüşdə televiziya və yazılı media nümayəndələrindən ibarət komandalar üz-üzə gələcək. Oyun AVF-nin idman zalında keçiriləcək.
Matçın ardından yarış iştirakçılarına hədiyyələr təqdim olunacaq.