İdman tarixində baş verən dəhşətli qəzalar - Fotolar

İdman tarixində baş verən dəhşətli qəzalar
Oxunma sayı: 1724

Ötən gün ABŞ-da baş verən helikopter qəzası bütün dünyanı sarsıtdı desək, yanılmarıq. Kaliforniyada qeydə alınan qəzada əfsanəvi basketbolçu Kobi Brayantla birlikdə 13 yaşlı qızı Cianna Mariya və daha 7 nəfər həlak oldu.

“Qafqazinfo” xəbər verir ki, bu, idmançıların başına gəlmiş ilk belə qəza deyil.

4 may 1949-cu il. İtaliya A seriyasında çıxış edən "Torino" klubunun üzvlərini daşıyan “Alitalia” Hava Yollarına mənsub “Fiat G212CP” təyyarəsi 672 metr yüksəklikdə Superqa təpəsindəki bazilikaya çırpılır. Faciə nəticəsində 18-i futbolçu olmaqla, klub idarəçiləri və jurnalistlərdən ibarət 31 nəfərlik heyət dünyasını dəyişir. Bu, futbol tarixinə ilk təyyarə qəzası kimi düşür.

3 fevral 1958-ci il. Səfərdə “Srvena Zvezda”yla bərabərə qalan “Mançester Yunayted” Çempionlar Kubokunda yarımfinala vəsiqə qazanır. Mankunianları daşıyan təyyarə Mançesterə çatmaq üçün yolda - Münhendə yanacaq doldurmalı oldu. Yanacaq doldurulduqdan sonra təyyarə iki dəfə havaya qalxmağa cəhd etsə də, hər iki halda pilotlar uğursuzluğa düçar olur. Pilotlar yalnız üçüncü cəhddə təyyarəni havaya qaldırmağa nail olurlar. Ancaq bu dəfə də təyyarə tam havaya qalxa bilmir və əvvəlcə hava limanının ətrafındakı məftillərə, daha sonra isə yaxınlıqdakı boş evə çırpılır. Hadisə nəticəsində “Mançester Yunayted”in 8 futbolçusu dünyasını dəyişir. ​

Bolviyanın ən köklü klublarından olan "The Strongest"i daşıyan təyyarə yoldaşlıq matçından qayıdan zaman yoxa çıxır. Ertəsi gün təyyarənin Boliviyadakı Vilaco qəsəbəsində yerə çırpıldığı açıqlanır. Qəza nəticəsində ümumilikdə 56 nəfər həlak olur.  Ölənlərdən 16-sı futbolçu, biri isə məşqçi Eustaquio Ortuno idi.

11 avqust 1979-cu il. SSRİ çempionatında çıxış edən Özbəkistanın “Paxtakor” klubu Belarusun “Dinamo” (Minsk) komandasıyla oyun üçün bu ölkəyə yola düşür. “Paxtakor”u daşıyan təyyarə Ukraynanın Dnepropetrovsk şəhəri yaxınlığında güclü duman səbəbindən qəzaya uğrayır. Qəza nəticəsində təyyarədə olan 150 nəfərin hamısı həlak olur. Faciədə “Paxtakor”un 17 üzvü (14 futbolçu, baş məşqçi, məşqçi və klub rəsmisi) dünyasını dəyişir.

3 aprel 1961-ci il. Çilinin köklü klublarından olan "CD Green Cross"un 8 futbolçusu və texniki heyətindən iki nəfəri, ümimilikdə isə 24 nəfəri daşıyan təyyarə And dağlarında yerə çırpılır. Təyyarənin qalıqları yalnız ötən il And dağlarına çıxan alpinistlər tərəfindən aşkar edilir. Daha sonra uğursuzluğa düçar olan klub 1985-ci ildə fəaliyyətini dayandırır.

 

Futbol üzrə Zambiya millisi DÇ-1994-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirmək üçün Qabonun paytaxtı Libervilleyə yollanır. Yolda bir dəfə yanacaq doldurulan təyyarədə problemin olduğu aşkarlansa da, pilotlar yola davam etmək qərarına gəlirlər. Libervilleyə az qalmış problem özünü göstərir və təyyarə yerə çırpılır. Qəza nəticəsində ölən 30 nəfərdən 18-i millinin üzvləri olur.

1960-cı ilin avqustun 16-da Danimarka millisi Romada keçirilən Olimpiadanın finalına vəsiqə qazanır. Danimarka Futbol Federasiyası əvvəlki oyunda qeydə alınan zədələrə görə heyətə əlavə cəlb edilən futbolçuları gətirmək üçün təyyarə kirayələyir. Kopenhagendən qalxan təyyarə əlverişsiz hava şəraitinə görə Öresund boğazına düşür. Nəticədə 8 futbolçu ölür, pilot isə yaralı olaraq xilas olur. Danimarka millisi isə finalda Yuqoslaviyaya uduzaraq gümüş medalla kifayətlənir.

28 noyabr 2016-cı ildə göyərtəsində Braziliyanın “Şapekoense” futbol klubunun üzvləri olan təyyarə Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelin şəhərinə istiqamətlənib. Ümumilikdə təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Qəza zamanı üç futbolçu - Alan Ruşel, Cekson Folman və Xelio Samper Neto sağ qalıb. Xəsarət almış Markos Danilo isə sonradan xəstəxanada şok keçirərək dünyasını dəyişib.

2019-cu ilin yanvarın 22-də Fransanın “Nant” klubundan Uelsin “Kardif” klubuna transfer olunan Emiliano Salanı aparan təyyarə radardan itir. Sonradan təyyarənin La Manş boğazı üzərində qəzaya uğradığı bəlli olur. Fevralın 6-da isə 28 yaşlı keçmiş forvardın meyiti tapılır. Onun adı daha sonra Argentinanın "San Martin Proqreso" klubu stadionuna verilir.

2018-ci ilin 27 oktyabr tarixində İngiltərənin “Lester Siti” klubunun tailandlı sahibi Vişay Şrivaddanaprabhanın helikopteri qəzaya uğrayır. “Vest-Hem”lə oyundan sonra “King Power“ stadionundan havaya qalxan helikopter stadionun avtomobil dayanacağına düşür və yanır. Qəzada 5 nəfər dünyasını dəyişir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi