İdman zallarının fəaliyyəti bərpa olunur

idman-zallarinin-fealiyyeti-berpa-olunur
Oxunma sayı: 1461

Bu gündən etibarən idman zalları da açılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.

İdman zallarında tibbi maskadan istifadə tələb olunmayacaq.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.