İdmançılarımız bütün görüşləri uduzur - - Canlı Yayım

idmancilarimiz-butun-gorusleri-uduzur-
Oxunma sayı: 2459


“Qafqazinfo” xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançıları da mübarizəyə başlayıb. İlk olaraq xanım idmançımız Elmira Xudaverdiyeva mübarizəyə başlayıb. 

A qrupunda yer alan qılıncoynadanımız ilk görüşdə polşalı Eva Nelipə 0:5 hesabı ilə uduzub. 

İkinci görüşündə rumıniyalı Ana Maria Branza ilə qarşılaşan Xudaverdiyeva bu görüşdə də uduzub – 1:5. 

3-cü qarşılaşmasında macarıstanlı Bukocki Bianka ilə qarşılaşan idmançımız Bu dəfə də məğlubiyyətdən qaça bilməyib – 2:5. 

Xudaverdiyeva slovakiyalı DAQMAR Kiparova isə 3:5 hesabı ilə uduzub. 

O, sonuncu görüşünü isveçli Emma Samuelsona qarşı keçirəcək. 

B qrupunda yer alan Samirə Hüseynova da çıxdığı bütün döyüşləri uduzub. O, estoniyalı Kirpu Erikaya 2:5, serbiyalı Çaran Romana 3:5, rusiyalı Olqa Koçnevaya 0:5, macarıstanlı Reak Bohusa 1:5 hesabları ilə məğlu olub. C qrupunda yer alan Məryəm Məlikova da komanda yoldaşlarının taleyini yaşayıb. O, rəqiblərinə aşağıdakı hesablarıla uduzub. 

Məryəm Məlikova 3:5 Yana Şemyakina (Ukrayna) 

Tatyana Andruşina (Rusiya) 5:1 Məryəm Məlikova 

Məryəm Məlikova 2:5 Tataran Amalia (Rumıniya) 

Lehis Katrina (Estoniya) 5:1 Məryəm Məlikova 

E qrupunda yarışan Nübar Məlikova da bütün görüşlərini uduzub. 

German Simona (Rumıniya) 5:0 Nübar Məlikova 

Yana Zvereva (Rusiya) 5:3 Nübar Məlikova 

Nübar Məlikova 0:5 GiluiA Rizzi (İtaliya) 

Marinuk Avital (İsrail) 5:2 Nübar Məlikova