“Qafqazinfo”nun Azərbaycan Gimnastika Federasiyasına istinadən məlumatına görə, Rusiyanın Kazan şəhərində cari ilin sonuncu Dünya Kuboku mərhələsi keçirilir.
Fərdi çoxnövçülük yarışlarının nəticələrinə əsasən, 2015-ci ilin bədii gimnastika üzrə Avropa Çempionatında uğurla debüt edən və Dünya Kubokunda gücünü sınamaq qərarına gələn Azərbaycan gimnastı Ayşən Bayramova 26-cı yerdə qərarlaşdı. Digər gimnastımız Gülsüm Şəfizadə 33-cü oldu.
Azərbaycanın qrup hərəkətləri komandası çoxnövçülük yarışında mübarizəsini qrup üzvlərindən birinin aldığı zədəyə görə başa çatdıra bilmədi.
Növbəti 2 həftə ərzində Ayşən Bayramovanı, Gülsüm Şəfizadıni, həmçinin Siyana Vasileva, Səbinə Abbasova, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət kollektivi intensiv məşqlərin sonuncu mərhələsi gözləyir. Komandanın lideri Marina Durunda isə Sofiyadakı Dünya Kubokundan qayıtdıqdan dərhal sonra məşqlərə başlayıb.
Son xəbərlər
Son Xəbərlər