İdmançılarımız oyuna “Xocalıya Ədalət” formasında çıxacaqlar- - Fotolar

idmancilarimiz-oyuna-xocaliya-edalet-formasinda-cixacaqlar-
Oxunma sayı: 1113


“Qafqazinfo” sportpress.az-a istinadən xəbər verir ki, turnirdə idmançılarımız “Xocalıya Ədalət” və Baku – 2015 Olimpiya oyunlarını təbliğ edəcək.

Bu mötəbər gecədə Azərbaycanın və Yaxın Şərqin K-1 nümayəndəliyinin “Best of the Best Promotion”un rəhbəri Elnur Məmmədovun dəstəyi ilə üç peşəkar idmançı Tural Bayramov, Alim Nabiev, Xəyal Canıyev iştirak edəcək.

İdmançılarımız “Xocalıya Ədalət” yazılı forma ilə döyüş arenasına çıxacaqlar. Peşəkar döyüşlər Rusiyanın BOETS  kanalı ilə canlı olaraq yayımlanacaq.

Alim Nabievin rəqibi Kumer Caliev olacaq. Tural Bayramovun rəqibi Rusiyanın ən güclü gənc ulduz idmançısı Artyom Paşporin, Xəyal Canıyevin rəqibi isə “SuperBon” ləqəbli döyüşçü olacaq. Daha sonra gecədə rusiyalı Cabbar Askerov kimi ulduz idmançılar da yer alacaq.