İdmançılarımız Türkiyədə

idmancilarimiz-turkiyede
Oxunma sayı: 1606


“Qafqazinfo” xəbər verir ki, yarışda ölkəmizi 6 idmançı təmsil edəcək. Kişi yığmamızın heyətində 5 ağırlıqqaldıran yer alıb ki, onlardan ikisi Məhəmməd Məmmədli (62 kq) və Elşad Şərifov (77 kq) “Zirvə” İdman Klubunun yetirmələridir. Digər üç atlet isə Allahyar Abışov (56 kq), Rauf Nəbiyev (69 kq) və Həmid Qocayevdir (85 kq).

Qadınların yarışında isə cəmi bir atlet Azərbaycan bayrağını fəxri kürsüdə dalğalandırmaq üçün mübarizə aparacaq. Bu, “Zirvə” İdman Klubunun nümayəndəsi Elnarə Abbasovadır (58 kq).