İdmançılarımızdan mas-reslinq üzrə dünya kuboku turnirində 2 medal

idmancilarimizdan-mas-reslinq-uzre-dunya-kuboku-turnirinde-2-medal
Oxunma sayı: 936

Azərbaycan idmançıları Polşanın Pabyanitse şəhərində mas-reslinq üzrə dünya kuboku turnirində iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, yarışda ölkəmizi Cahangir Yaqubov (105 kq) və Camal Feyziyev (+125 kq) təmsil ediblər.

Hər iki idmançımız finala qədər irəliləməyi bacarıblar. Lakin hər iki idmançımız finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, turnirdə 21 ölkədən 150 idmançı iştirak edib.