İdmançımız Avropa çempionu oldu

idmancimiz-avropa-cempionu-oldu
Oxunma sayı: 1030

Azərbaycan millisinin atleti Nazim Babayev Avropa çempionu olub.

"Qafqazinfo" xəbər verir ki, 22 yaşlı idmançı Şotlandiyanın Qlazqo şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

O, 3 təkanla tullanma yarışlarında fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. 

Finalda 17,29 metr tullanaraq öz rekordunu da yeniləyib. Nazim Babayev ilk dəfə böyüklər arasında Avropa çempionu olub. 

Qeyd edək ki, Babayev 2014-cü ildə  Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bürünc medalın sahibi olmuşdu.