60 kq çəki dərəcəsində Vurğun Əliyev ilk görüşdə polşalı rəqibini məğlub etsə də, sonrada rusiyalı idmançıya uduzub. Rəqibinin finala çıxması Əliyevin təsəlliverici görüşlərə çıxmasına səbəb olub. Burada Makedoniya təmsilçisini udan güləşçimiz bürünc medal uğrunda belaruslu idmançını məğlub edərək 3-cü olub.
74 kq-da Murad Süleymanov Moldova və Bolqarıstan güləşçilərinə qalib gəlsə də, yarımfinalda rus rəqibinə uduzub. O, 3-cü yer uğrunda görüşdə erməni idmançı ilə qarşılaşıb Erməni rəqibini üstələyən idmançımız bürünc medal qazanıb.
96 kq-da Turxan Qurbanov isə qitə birinciliyini medalsız başa vurub.
Son xəbərlər
Son Xəbərlər