İdmançımız Ermənistan təmsilçisinə qarşı

idmancimiz-ermenistan-temsilcisine-qarsi
Oxunma sayı: 942

İsveçrədə takevando üzrə Avropa çempionatı davam edir. “Qafqazinfo” xəbər verir ki, yarışın ikinci günündə 4 idmançımız mübarizəyə qoşulub. 

63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov ilk görüşündə türkiyəli Orhan Gülərə qalib gəlib. Onun növbəti rəqibi Ermənistan idmançısı Sergey Avanesov olacaq.

68 kq-da Ayxan Tağızadə latviyalı Deniss Kulibikslə görüşəcək.

Qadınların mübarizəsində 53 kq çəki dərəcəsində Patimat Abakarova latviyalı İnese Tarvidanı məğlub edib. Onun növbəti rəqibi ispaniyalı Lidya Fernandes olacaq.

Bu çəkidə digər təmsilçimiz Gülhanım Yeşildal ilk qarşılaşmasında rusiyalı Tatyana Kudaşovaya uduzub.