İdmançımız finala çıxdı

idmancimiz-finala-cixdi
Oxunma sayı: 1007

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının ilk günündə Azərbaycan gimnastı Yuliya İnşina paralel qollar üzrə finala çıxıb.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, təsnifatın yekunları üzrə Y.İnşina 12,300 bal toplayaraq altıncı yeri tutub.

Daha bir gimnastımız Marina Nekrasova isə finalda ikinci ehtiyat idmançı olub.

Ən yaxşı nəticəni hər biri 13,850 bal toplamış almaniyalı Filip Lina və braziliyalı Flavia Lopes göstəriblər.