İdmançımız nakautla qalib gəldi

idmancimiz-nakautla-qalib-geldi
Oxunma sayı: 1040


“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, idmançımız 73 kiloqram çəki dərəcəsində rumıniyalı Alexandru Popesku ilə qarşılaşıb və 2 dəqiqədə rəqibinə nokautla qalib gəlib. Kikboksinq üzrə beşqat dünya çempionu, “Kobra” ləqəbli azərbaycanlı döyüşçü P.Abdullayev keçirdiyi 41 döyüşdən 38 dəfə qalib ayrılıb. İdmançımız bu qələbələrdən 13-nü nokautla qazanıb.

Qeyd edək ki, turnirdə P.Abdullayev ermənistanlı idmançı ilə qarşılaşacaqdı, lakin rəqib turnirdə iştirakdan imtina edib.