İdmançımız Polşada qızıl medal qazandı

idmancimiz-polsada-qizil-medal-qazandi
Oxunma sayı: 1892

Azərbaycan konkisürəni Vladimir Litvintsev Polşada keçirilən Torun Kubokunda qızıl medal qazanıb.

Gənclər və İdman Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, idmançımız konkisürmə üzrə kişilərin fərdi yarışında ən yüksək nəticə göstərərək qalib adını qazanıb.

İdmançımız uğurlu çıxışı ilə hakimlərdən 145,99 xal alıb. Rusiyalı Mark Kondratyuk (135,9) ikinci, avstriyalı Brendan Kerri (131,39) isə üçüncü olublar.