İdmançımız qızıl medal qazandı

idmancimiz-qizil-medal-qazandi
Oxunma sayı: 1902

Atıcılıq üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Lunyov beynəlxalq turnirin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.

Bildirilib ki, idmançımız Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri turnirində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında qızıl medal qazanıb.