“Qafqazinfo”nun
“Apasport.az” saytına istinadən
məlumatına görə, aktivində 9 medal olan Azərbaycan millisi son yarış günündə
onların sayını 12-yə çatdıra bilər.
Sərbəst güləş
63 kq
Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav
təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz,
heç bir rəqibinə xal vermədən finala yüksəlib.
1-ci dövrə - Teymur Məmmədov - İveriko Julakidze (Gürcüstan) - 10:0
2-ci dövrə - Elbert Lukas Steyn (CAR) - Teymur Məmmədov - 0:10
3-cü dövrə - Ceyms Didasko (Palav) - Teymur Məmmədov - 0:12
FİNAL - Teymur Məmmədov
- Antoni Montero (Venesuela)
100 kq
İqbal Hacızadənin
yarımqrupda rəqibləri Meksisa, Misir və Braziliya güləşçiləri olub. Bütün
görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən
26 xal qazanıb və finala yüksəlib.
1-ci dövrə - İqbal Hacızadə - Madeyra Heber (Braziliya) - 11:0
2-ci dövrə - Eduardo Qarsia (Meksika) - İqbal Hacızadə - 0:10
3-cü dövrə - Abdalla Elgizavi (Misir) - İqbal Hacızadə - 0:5
FİNAL - İqbal Hacızadə - Dmitri Ceakusta (Moldova)
Boks
49 kq
İlk 2 döyüşündə Kumar Kakaraya (Hindistan) və Şalkar Aykinbaya (Qazaxıstan) qalib gələn (hər ikisinə 2:1) Rüfət Hüseynov bu gün final görüşünə çıxıb. Onun rəqibi özbəkistanlı Sulaymon Latipov olub. Boksçumuz rəqibinə heç bir şans verməyərək, hər 3 raundu öndə bitirib.
Nəticədə Olimpiya çempionunu tituluna yiyələnən Hüseynov yığmamıza 3-cü qızıl medalı qazandırıb.
Qeyd edək ki, daha öncə millimizə İslambek Dudovla (69 kq, yunan-Roma güləşi), Səid Quliyev (73 kq, taekvondo) qızıl, Leyla Əliyeva (44 kq), Natiq Qurbanlı (55 kq, hər ikisi cüdo), Ceren Özbek (44 kq, taekvondoçu), Cabbar Nəcəfov (50 kq, yunan-Roma güləşi), Leyla Qurbanova (52 kq, sərbəst güləş), Boris Yotov (akademik avarçəkən) gümüş və Nazim Babayev (atletika) medal qazandırıb.
Son xəbərlər
Son Xəbərlər