İdmançımız Türkiyə bayrağını qaldırdı

idmancimiz-turkiye-bayragini-qaldirdi
Oxunma sayı: 645

67 kiloqram çəki dərəcəsində amerikalı rəqibini məğlub edən Cabbar finala vəsiqə qazanıb və bununla da özü üçün medalı təmin edib.

Yarışların keçirildiyi zalda azərbaycanlı azarkeşlər də olub və onlar Azərbaycan bayraqları ilə Cabbar Mustafayevi dəstəkləyiblər. Cabbar isə qələbə qazandıqdan sonra əvvəlcə Azərbaycan, sonra isə Türkiyə bayrağı ilə rinqdə lövrə vurub. O, qələbəsini Azərbaycan və Türkiyə xalqlarına ərməğan etdiyini bildirib.

“Bu müsabiqəyə məşqçimin nəzarəti altında uzun müddətdirhazırlaşırdım. Şükür ki, zəhmətimiz bəhrəsini verdi. Allah Türkiyə-Azərbaycan qardaşlığını əbədi eləsin”, - Cabbar Mustafayev Türkiyənin “Cihan” agentliyinə müsahibəsində bildirib.

ANS PRESS