“Qafqazinfo” Sportpress.az-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanı iki idmançı təmsil edib. 75 kq-da ölkəmizi təmsil edən idmançımız Tural Bayramov – Moldova döyüşçüsü Sergey Morariylə dueldən qalib ayrılıb. Döyüş ərzində rəqibə heç bir şans verməyən Bayramov parlaq qələbəylə zaldakı tamaşaçıların alqışını qazanıb.
Digər idmançımız 84 kq-da çıxış edən Ruslan Kobzev moldovalı Denis Apavaloaya qarşı döyüşdə məğlubiyyət acısı yaşayıb.
Qeyd edək ki, Moldova turnirində qələbə qazanan Tural Bayramov gecənin əzmkar döyüşçüsü seçilib.
Son xəbərlər
Son Xəbərlər