“İdxal 1.5 milyard dollar azalıb”

idxal-15-milyard-dollar-azalib
Oxunma sayı: 2102


“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Trend-ə müsahibəsində deyib. A. Əliyev bildirib ki, bu azalma əsasən aşağıdakı mal mövqeyləri üzrə müşahidə olunub.

-Nəqliyyat vasitələri üzrə;

-Oduncaq və ondan hazırlanan məmulatlar;

-Qara metallardan məmulatlar üzrə;

-Elektrik avadanlıqları üzrə;

-Dənli bitkilər üzrə;

-Duz; kükürd; torpaq və daş; suvaq materialları, əhəng və sement üzrə;

-Digər mallar üzrə.

A. Əliyev deyib ki, təbii olaraq idxal əməliyyatları üzrə müşahidə olunmuş azalmalar gömrük orqanları tərəfindən büdcə proqnozunun yerinə yetirilməsində müəyyən çətinliklər yaradıb: “Lakin çətinliklərə baxmayaraq “2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün toplanılması proqnozlaşdırılan 1 milyard 510 milyon manat büdcə öhdəliyi 1 milyard 510,76 milyon manat olmaqla 100,05 faiz həcmində icra edilib”.