İdxalın artması ilə bağlı yayılanlara - Cavab

İdxalın artması ilə bağlı yayılanlara
Oxunma sayı: 709

“Azərbaycan xaricdən qızıl aldığı üçün idxalın göstəricisi çoxalıb”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın rəhbəri Elman RÜstəmov deyib. O bildirib ki, mətbuatda idxalı 50 faizə yaxın artdığı qeyd olunub: “Azərbaycan Dövlət Neft Fondu aktivlərində dəyişiklik edir, əhəmiyyətli məbləğdə qızıl alıb. O qızlılın Azərbaycana gətirilməsi idxal deyil, bir aktivin başqa aktivə dəyişdirilməsidir. Bu göstəricini nəzərə aldıqdan sonra müəyyən olunur ki, bu ilin ilk rübündə idxalda artım 9 faiz olub”.