İƏT Gənclər Forumunun prezidenti Azərbaycana başsağlığı verdi

iet-gencler-forumunun-prezidenti-azerbaycana-bassagligi-verdi
Oxunma sayı: 1349

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İKGF) prezidenti Taha Ayxan Tehrandakı səfirliyimizə hücumla bağlı Azərbaycan xalqına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə təşkilatın instaqram hesabında paylaşım edib.

“Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilən və bir neçə insanın yaralanması və tələfatı ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik. İKGF Azərbaycan xalqının yanındadır. Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yaralılara şəfa diləyirik”.

Qurum rəhbəri həmçinin sülhə, təhlükəsizliyə və diplomatik nümayəndəliklərə hörmətlərini ifadə edib.