İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.
“Qafqazinfo” İƏT-in saytına istinadən xəbər verir ki, təşkilatın Baş katibi Hiseyn Brahim Taha Azərbaycanın Xocalı şəhərindəki soyqırımının 31-ci ildönümü ilə əlaqədar 1992-ci il qətliamında həyatını itirənlərin xatirəsini anıb.
Baş katib bir daha vurğulayıb ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalının nəticəsidir. 2013-cü ildə Qahirədə keçirilən İslam Zirvə Toplantısının 12-ci Sessiyasında qəbul edilmiş Qahirə Yekun Kommünikesi və təşkilatın XİN rəhbərlərinin 48-ci Sessiyasında qəbul edilmiş “1992-ci il Xocalı qırğını qurbanları ilə həmrəylik” qətnaməsi işğal altında olan Xocalı şəhərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi vəhşilikləri hərbi cinayətlər, insanlığa qarşı cinayətlər və soyqırımı kimi tanıyıb.
Son xəbərlər
Son Xəbərlər