İflic olan aktrisanın ailəsinə 29 milyon təzminat ödənildi

iflic-olan-aktrisanin-ailesine-29-milyon-tezminat-odenildi
Oxunma sayı: 4520

Allergik reaksiya səbəbilə aldığı müalicə zamanı beyni zədələnən və iflic olan aktrisa-model Şantel Cakalonenin ailəsinə təzminat ödənilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisanın vəkili Kristian Morris məlumat verib. O, uzun müddətdir davam edən məhkəmə prosesinin yekunlaşdığını, təqsirli bilinən klinikanın 29, 5 milyon dollar təzminat ödədiyini bildirib.

Hazırda Şantelin bir boru ilə qidalandığı, yalnız gözləri ilə əlaqə qurduğu qeyd edilib.