Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.
“Qafqazinfo” “Frans Press” agentliyinə istinadən xəbər verir ki, Lara ştatında şənbə günü keçirilən aksiyalar zamanı 4 nəfər öldürülüb.
Daha əvvəl isə Milli Assambleyasının deputatı Luis Florido cümə günü keçirilən etirazlar zamanı 2 nəfərin öldürüldüyünü bildirib.
Qeyd edək ki, apreldən başlayan aksiyalarda ölənlərin ümumi sayı 83 nəfərə çatıb. 1000-dən çox etirazçı isə xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər