İğtişaşlar zamanı ölənlərin sayı 93-ə çatıb

igtisaslar-zamani-olenlerin-sayi-93-e-catib
Oxunma sayı: 716

Venesuelada prezident Nikolas Maduro əleyhinə aksiyalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, aksiyalar zamanı 16 yaşlı yeniyetmə açılan atəş nəticəsində dünyasını dəyişib.

Bu barədə Venesuela parlamentinin deputatı Anxel Alvares bildirib.

Bundan əlavə iğtişaşlar zamanı 9 milli qvardiya döyüşçüsü də yaralanıb.

Qeyd edək ki, apreldən başlayan aksiyalarda ölənlərin ümumi sayı 93 nəfərə çatıb.