II Elizabetlə həyat yoldaşı peyvənd olundu

ii-elizabetle-heyat-yoldasi-peyvend-olundu
Oxunma sayı: 2053

Böyük Britaniya Kraliçası II Elizabet və onun həyat yoldaşı, Edinburq hersoqu Filipp koronavirus infeksiyasına qarşı peyvənd olunublar.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Bukinqem sarayının bəyanatında deyilir.

“Kraliça və Edinburq hersoqu bu gün koronavirusa qarşı peyvənd olunublar”, - məlumatda deyilir.

Onların hansı şirkətin istehsal etdiyi vaksinlə peyvənd olunmaları açıqlanmır.

Məlumdur ki, hazırda Böyük Britaniyada “Pfizer/BioNTech” və “AstraZeneca” vaksinlərindən istifadə olunur.