III Ümumrespublika yarışlarına start verildi

III Ümumrespublika yarışlarına start verildi
Oxunma sayı: 277

Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin yerli struktur orqanları vasitəsilə müvafiq idman növləri üzrə yarışda iştirak edəcək 1100 nəfərdən artıq əlilin siyahıları hazırlanaraq ümumiləşdirilib. Yarışların keçirilməsi cədvəlinə uyğun olaraq, Gənclər və İdman Nazirliyinin yaxından köməkliyi ilə cari il oktyabr ayının 4-dən 20-dək respublikanın 10 bölgəsində, o cümlədən Xaçmaz, Şəki, Şamaxı, Lənkəran rayonlarında Mingəçevir, Şirvan, Gəncə, Sumqayıt, Bakı şəhərlərində və Naxçıvan MR-da zona turnirləri keçirilib. Turnirlər nəticəsində 71 nəfər əlil idmançı final yarışında iştirak etmək hüququ qazanıb ki, onlardan 20 nəfəri Qarabağ, 4 nəfəri Çernobıl, 3 nəfəri hərbi xidmət əlili, 39 nəfəri ümumi səbəblərdən əlil, 5 nəfəri isə sağlamlıq imkanları məhdud uşaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əmrilə final yarışlarının qaliblərinə idmanın 4 növü üzrə 22 mükafat, həmçinin sağlamlığı məhdud olan uşaqlara həvəsləndirici mükafatlar təsis edilib.

Qeyd edək ki, final yarışlarında iştirak etmək üçün bölgələrdən gələn əlillərin yerləşdirilməsi məqsədilə otellərdə yerlər sifariş verilib və digər xidmətlərin göstərilməsi üçün tədbirlər görülüb. Final yarışları şahmat, dama və nərd idman növləri üzrə Respublika Şahmat Mərkəzində, armrestlinq üzrə isə DİN-nin İdman Cəmiyyətində keçiriləcək.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi