İker Kasilyas əsas heyətə qayıtdı

iker-kasilyas-esas-heyete-qayitdi
Oxunma sayı: 658

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Jose Maurinyo qapıçını komanda ilə birlikdə “Mançester”ə aparıb. Yanvar ayında “Real” “Valensiya” qarşılaşmasında əlindən ciddi zədə alan 31 yaşlı qapıçı uzun müddətdir ki, meydanlardan kənarda qalıb və komandasına yardım edə bilmir. Ancaq zədəsinin tam sağaltmış Kasilyasın “Çempionlar Liqa”sının bu günkü qarşılaşmasında əsas heyətdə oyuna çıxması gözlənilir. Bununla belə, Maurinyo riskə getmiyərək digər qapıçı Diyeqo Lopezi də meydana buraxa bilər.

İqbal