Beyləqan rayonunun Mil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza iyulun 30-da saat 11 radələrində qeydə alınıb.
Rayon sakinləri Vaqif Abbasovun və H.Hüseynovun idarə etdikləri “VAZ-21015” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü, habelə H.Hüseynovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, V.Abbasov orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər