İki “07” toqquşdu, 3 nəfər yaralandı - Foto

İki “07” toqquşdu, 3 nəfər yaralandı
Oxunma sayı: 597

Ucarda baş verən qəzada 3 nəfər xəsarət alıb.

"Qafqazinfo"nun verdiyi məlumata görə, hadisə Azərbaycan küçəsində baş verib.

Belə ki, iki "Vaz-2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Şalıq kənd sakini, 1984-cü il təvəllüdlü Cavadov Nurlan Tahir oğlu və Qazyan kənd sakinləri 1954-cü il təvəllüdlü Allahverdiyev Dilavər Məhəmmədəli oğlu və 1938-ci il təvəllüdlü Şirəliyev Sabir Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi