Bakı çimərliklərinin birində iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub.
"Qafqazinfo" aznews.az-a istinadən xəbər verir ki, dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kamalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Hadisə yerinə Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kamalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.
***
Xidmətdən APA TV-yə verilən məlumata görə, hadisə avqustun 6-da saat 21:00 radələrində Şüvəlan çiməriliyində Mayaq deyilən ərazidə baş verib. Xilasetmə məntəqəsindən 8 kilometr uzaqlıqda olan ərazi qayalıqlardan ibarətdir. Valideyinlərindən xəbərsiz küləkli havada və qadağan olunmuş ərazidə çimmək istəyən uşaqların bu istəkləri faciə ilə başa çatıb.