İki aptekdə nöqsanlar aşkarlandı

iki-aptekde-noqsanlar-askarlandi
Oxunma sayı: 1042

Sentyabr ayı ərzində 27 aptekdə yoxlama aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri üzrə 25, respublikanın digər şəhər və rayonlarında isə 2 aptekdə yoxlama aparılıb.

24 aptekdə planlı, 2 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.

Nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 221.9 və  452.3 maddələri üzrə protokollar tərtib edilib.