İki atıcımız mübarizəni dayandırdı- - Yenilənir

iki-aticimiz-mubarizeni-dayandirdi-
Oxunma sayı: 811


Rəsul Məmmədov kişilər arasında 50 metr məsafəyə tapança ilə atəş açmada təsnifat mərhələsini adlamağa çalışacaq.

Emin Cəfərov kişilər arasında dairəvi stend yarışlarının təsnifatına qoşulacaq.

Eyni yarışda ölkəmizi Ahadpur Paşa da təmsil edəcək.

İradə Aşumova isə qadınlar arasında 25 metr məsafəyə sürətli atış yarışlarında təsnifata qatılacaq.

Nurlana Cəfərova qadınlar arasında dairəvi stend yarışlarında dəqiq olmağa çalışacaq.

***

Kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışlarında ölkəmizi təmsil edən Rəsul Məmmədov mübarizəni dayandırıb. O, 540 xalla 24-cü olub.

25 metr məsafədən tapança ilə atəş açan qadınların təsnifat mərhələsi də başa çatıb. Burada atıcımız İradə Aşumova da yarışıb. O, 576 xalla 15-ci olub. Sərrast hissəsə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinala çıxa bilməyib.