İki avarçəkənimiz finalda- - Yenilənib

iki-avarcekenimiz-finalda-
Oxunma sayı: 1672


“Qafqazinfo” xəbər verir ki, 5 növ yarışda ilk və yarımfinal mərhələsinin görüşləri baş tutub.

Qadınlar tək və cütlüklərin kayak, kişilər isə tək və cütlüklərin kayak yarışlarında finala vəsiqələr uğrunda mübarizə aparıb. Həmçinin kişilərin tək kanoelərdə mübarizəsinə start verilib.

Azərbaycanı Yrişlarda Valentin Demyanenko və Mirnazim Cavadov təmsil edib.

***

Azərbaycanın avarçəkmə yığmasının idmançısı Valentin Demyanenko finala vəsiqə qazandı. 

 Millimizin üzvü ilkin mərhələdə 3-cü yürüşdə qüvvəsini sınayıb və 38,978 saniyə nəticə ilə birinci yeri tutub.

O, yarımfinalda çıxış etmədən birbaşa finalda qüvvəsini sınamaq imkanı qazandı.

***

İdmançımız İnna Radomska-Osipenko 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 2-ci yürüşdə 5-ci olub, yarımfinala yüksəlib. 

Bu gün saat 16:00-da başlayacaq yarımfinalda İnna 2-ci yürüşdə çıxış edəcək.

***

İnna Radomska 0,163 saniyəlik nəticə ilə finala yüksəlib. Təmsilçimiz mükafatlar uğrunda sabah saat 16:05-də mübarizə aparacaq.

***

Mirnazim Cavadov isə kayakların mübarizəsində çıxış edib. İdmançımız ilk mərhələdə 36,298 saniyə nəticə ilə 7-ci olub. Yarımfinalda mərhələni 36,104 saniyə ilə başa vuran Cavadov 2-ci yürüşdə də 7-ci sırada qərarlaşıb. Təmsilçimiz sabah keçiriləcək həlledici yürüşlərdə B finalında çıxış etmək imkanı qazanıb.