Boliviyanın qərbində iki sərnişin avtobusunun qəzaya uğraması hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Hadisələrdən biri La-Pas şəhərindən 150 kilometr şimal-qərbdə baş verib. Belə ki, avtobusun dərəyə yuvarlanması nəticəsində 17 nəfər həyatını itirib.
Növbəti sərnişin avtobusunun qəzaya düşməsi halı İnkisivi vilayətində qeydə alınıb. Bu dəfə də avtobusun uçuruma düşməsi nəticəsində 6 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Qeyd edək ki, Boliviyada yolların vəziyyətin pis olması səbəbindən hər il minlərlə insan qəzalarda həlak olur, qırx min isə xəsarət alır.
Son xəbərlər
Son Xəbərlər