Bakı-Qazax yolunda iki avtobusun iştirakı ilə yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan “Damas” markalı kiçik tutumlu mikroavtobus arxadan gələn “Mercedes” markalı sərnişin avtobusuna çırpılıb.
Nəticədə 1993-cü il təvəllüdlü Şəmkir rayonu Düyərli kənd sakini Rüfanə Akif qızı Aslanova, 1992-ci il təvəllüdlü Fərid Ayaz oğlu İsmayılzadə və 1959-cu il təvəllüdlü Akif Sayad oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İsmayılzadə Fəridin vəziyyəti daha ağır olduğundan o, Bakı şəhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Rəşad Türkoğlu
Son xəbərlər
Son Xəbərlər