İki avtomobil toqquşdu, sürücü yaralandı

iki-avtomobil-toqqusdu-surucu-yaralandi
Oxunma sayı: 1660

Qaxda iki minik avtomobili toqquşub.

"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün Qax-Qorağan avtomobil yolunun Turaclı kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Qax rayonun Şotovar kənd sakini, 1990-cı il təvəllüdlü Məcidov Rahib Məhəmməd oğlunun idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə Qax rayonu Əmircan kənd sakini, 1997-ci il təvəllüdlü Mahmudov Allahverdi Vaqif oğlunun idarə etdiyi “Daewo Nexia” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “VAZ 21099” markalı avtomobilin sürücüsü Rahib Məcidov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov