İki avtomobil toqquşub - Xəsarət alanlar var

iki-avtomobil-toqqusub
Oxunma sayı: 932

Gəncədə xəsarətlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhərin Nizami Gəncəvi prospektində, Heydər Əliyev park kompleksinin yaxınlığında “QAZel” və “VAZ-2107” markalı avtomobilləri toqquşub.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü 1994-cü il təvəllüdlü Qəzənfərov Müqayis Qalib oğlu və sərnişin, 1994-cü il təvəllüdlü Abbasov Jamiq İxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli