İki ay əvvəl ölən qadın deputat seçildi

iki-ay-evvel-olen-qadin-deputat-secildi
Oxunma sayı: 2401

İraqda deputat seçkilərində qalib gələnlər arasında olan xristian qadın namizəd Ensam Manueyl İsgəndərin iki ay əvvəl öldüyü ortaya çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müstəqil namizəd olan İsgəndər oktyabrın 10-da keçirilən seçkilərdə 239 səslə qalib gəlib.

Ancaq daha sonra namizədin sosial şəbəkə hesabında açıqlama yayılaraq, onun koronavirusa yoluxduğu, 35 gün xəstəxanada yatdığı və iki ay əvvəl öldüyü bildirilib.